Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Texas ştatında yerləşən El-Paso şəhərindən olan hərbçi Teylor Adam Li casusluqda ittiham olunaraq saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 22 yaşlı hərbçiyə “milli müdafiəyə dair məlumatları xarici düşmənə ötürmək” maddələri ilə ittiham irəli sürülüb.
ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Ayzenberqin sözlərinə görə, Teylor Li bu ilin iyul ayında M1A2 “Abrams” tanklarının istismar xüsusiyyətləri barədə məlumatları Rusiyaya ötürməyə cəhd göstərib.
FTB-nin əks-kəşfiyyat şöbəsinin direktor müavini Roman Roşavski isə bildirib ki, “Teylor Li ehtimal ki, amerikalı tankların zəif cəhətlərinə dair gizli hərbi məlumatları Rusiya kəşfiyyatçısı hesab etdiyi şəxsə ötürməyə çalışıb. O, bu xidmətinin qarşılığında Rusiya vətəndaşlığı almağa ümid edirmiş”.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ