Onlayn ictimai-siyasi qəzet
Ötən həftələrdə beyin qanaması keçirən və xəstəxanaya yerləşdirilən aktyor Settar Tanrıöğenin “Show TV”də yayımlanan “Qızılcıq şərbəti” serialına qayıdıb-qayıtmayacağı bəlli olub.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, dünən “Qızılcıq şərbəti”nin 51-ci bölümü yayımlanıb.
Ssenarinin tamamilə dəyişdiyi üzə çıxıb. Belə ki, serialda Abdullah Ünal obrazını canlandıran Settar Tanrıöğenin taleyi bəlli olub.
Aktyorun səhhətinə uyğun olaraq onun canlandırdığı obrazın koronavirus ştamına yoluxduğu və bu səbəblə karantinə alındığı yayımlanıb.
Beləliklə, “Qızılcıq şərbəti”ni sevərlər bu gedişlə bir müddət Settar Tanrıöğenin yolunu gözləməli olacaqlar.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ