İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızıl Qübbə” Trampın hakimiyyətinin sonuna qədər hazır olmayacaq

Amerikanın “Qızıl Qübbə” raketdən müdafiə sistemi Donald Trampın prezidentlik müddətinin sonuna kimi tətbiq edilməyəcək.

Musavat.com com xəbər verir ki, məlumatı “The Guardian” qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, ABŞ prezidentinin gözləntisi olan 2028-ci ilə qədər sistem istifadə üçün deyil, yalnız nümayiş üçün hazır olacaq.

Nəşrin mənbələrinə görə, ilk mərhələdə Pentaqon diqqəti “məlumat sistemlərinin inteqrasiyasına” yönəltmək, sonra isə kosmik silahlar hazırlamaq niyyətindədir. Qeyd olunur ki, Birləşmiş Ştatlar yaxın il yarım ərzində ABŞ-a yaxınlaşacaq yüzlərlə raketin uçuşunu izləyə biləcək, lakin onları məhv etməyə qadir olmayacaq sistem üçün baza yarada biləcək.

Müdafiə Nazirliyindəki mənbələr Trampın səlahiyyət müddətinin sonuna kimi nazirliyin yalnız kosmik sensorlar və rabitə avadanlığı şəbəkəsinə sahib ola biləcəyini və onu kosmik silahlarla birləşdirməyə çalışacağını ehtimal edir. Qəzet yazır ki, sistemin yekun dəyəri də Trampın elan etdiyindən fərqli ola bilər və prezidentin planının “nə qədər iddialı olmasından” asılı olacaq.

“The Guardian” yazır ki, Kanadanın layihədə iştirakı Pentaqonda əvvəldən müzakirə edilib, lakin ABŞ-ı öz peyk və radar məlumatları ilə təmin etmək imkanları baxımından.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR