Onlayn ictimai-siyasi qəzet
Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə 7 günlük bayram tətilində 1 milyard 940 milyondan çox səfərin qeydə alınacağı gözlənilir.
Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin Nəqliyyat Nazirliyi bütün növ nəqliyyat vasitələri, o cümlədən fərdi avtomobillərlə gün ərzində orta hesabla 277 milyon səfərin qeydə alınacağını, bu rəqəmin pandemiyadan əvvəlki ən yüksək göstəricidən 19,4 faiz çoxa olacağını proqnozlaşdırıblar.
Nazirlik bayram tətili günlərindən nəqliyyat sisteminin artan tələbatı ödəməsi üçün müvafiq hazırliq işləri gördüyünü açıqlayıb.
Səyahətlərin təxminən 80 faizinin (1,5 milyard) fərdi avtomobillərlə reallaşacağı gözlənilir. Avtomobillərlə səyahət edənlər magistral yollardan ödənişsiz istifadə edə biləcəklər. Elektromobillərin rahat hərəkəti üçün magistral yollarda əlavə enerji doldurma məntəqələri fəaliyyətə başlayıb.
Çinin populyar onlayn səyahət platformalarından olan “Trip.com” Yaponiya, Tailand, Vyetnam başda olmaqla xarici ölkələrə də səyahət sifarişlərinin sayında artım olduğunu açıqlayıb. Digər onlayn səyahət platforması olan “Qunar” vasitəsilə 144 ölkənin təxminən 160 şəhərinə uçuş və hotel rezervasiyası reallaşıb.
Qeyd edək ki, Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr 1949) münasibətilə oktyabrın 1-dən 8-dək qeyri-iş günləri elan edilib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ