İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT: Dünyada hər 10 dəqiqədə bir qadın öldürülür

2023-cü ildə dünyada gündə orta hesabla 140 qadın partnyoru və ya yaxın qohumu tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə "BMT-Qadınlar" təşkilatı və Narkotiklər və cinayətkarlıq üzrə İdarənin birgə hesabatında bildirilib.

Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününün 25-ci ildönümündə dərc edilən hesabatda göstərilir ki, dünyada hər 10 dəqiqədə bir qadın öldürülür.

Hesabata əsasən, Afrikada femisid göstəriciləri ən yüksək səviyyədədir. 2023-cü ildə 21 700 qadın öldürülüb. Afrikadan sonra Amerika və Okeaniya gəlir.

Avropa və Amerikada qurbanların əksəriyyəti öz partnyorları tərəfindən öldürülüb. Bunun əksinə olaraq, ehtimal ki, Afrika və Asiyada qadınlar daha çox ailə üzvləri tərəfindən qətlə yetirilmə riski ilə üzləşiblər.

"Qadınlara qarşı zorakılıq qaçılmaz deyil - bunun qarşısını almaq olar", - “BMT-Qadınlar” təşkilatının icraçı direktoru Sima Bahus bildirib. O, etibarlı qanunvericiliyin, məlumatların toplanmasının təkmilləşdirilməsinin, hökumətin daha çox hesabatlılığının, qadın hüquq müdafiə təşkilatları və institusional orqanlar üçün maliyyələşdirmənin artırılmasının vacibliyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR