İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda TikTok-un bloklanması təklif edilib

Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi TikTok-un respublika ərazisində bloklanması təklifi ilə Qırğızıstanın Rəqəmsal İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən sosial şəbəkənin zərərli təsirləri ilə bağlı narahatlıqlarını ifadə edən müraciətlər çoxalıb.

“Müraciətlərdə qeyd olunur ki, bu sosial şəbəkə istifadəçini qısametrajlı kliplərin virtual aləminə qərq edir, yeniyetmələr onlara baxdıqdan sonra bəzilərinin həyatı üçün təhlükə yaradan müəyyən videoları təkrarlamağa çalışırlar. Bundan əlavə, psixikası qeyri-sabit olan, yenicə formalaşan uşaqlarda bu cür məzmun aludəçilik yaradaraq, gənc nəslin emosional vəziyyətinə mənfi təsir göstərir”, - deyə idarədən bildirilib.

Mədəniyyət Nazirliyi “TikTok”un məzmununun monitorinqini aparıb və müəyyən edib ki, platformada uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə heç bir məhdudiyyət yoxdur, həmçinin məlumat əldə edərkən yaş kateqoriyası üzrə nəzarət funksiyaları mövcud deyil.

“Çoxsaylı müraciətləri nəzərə alaraq və aparılan monitorinqlər əsasında Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi Qırğızıstan Respublikası ərazisində TikTok xidmətinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib”, - nazirlik qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR