İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda saxta Şengen vizaları düzəldənlər tutulub

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi xarici vətəndaşların Qırğızıstan ərazisindən keçməklə turist adı altında qeyri-qanuni olaraq Qərbi Avropa ölkələrinə keçirilməsini təşkil edən beynəlxalq cinayətkar şəbəkə aşkarlayıb.

Musavat. com xəbər verir ki, bu barədə çəlumat yayan Qırğızıstan mediasının qaynağı həmi n  komitənin  mətbuat mərkəzidir.

“Mayın 30-da başlanmış cinayət işi çərçivəsində saxta Şengen vizaları əsasında vətəndaşların Qırğızıstan ərazisindən keçməklə Avropaya tranzitini təşkil edən əsas təqsirləndirilən şəxslər ilkin olaraq müəyyən edilib”, - məlumatda deyilir.

Qeyri-qanuni miqrasiya kanalının təşkilatçılarının əməllərinin qurbanı kimi 40-dan çox əcnəbi müəyyən edilib.

Hazırda qanunsuz fəaliyyət epizodları və saxta sənədlərin hazırlanması və satışı ilə məşğul olan şəxslər müəyyən edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR