İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda keçmiş prezidentə bəraət verildi - bir cinayət üzrə

Qırğızıstanın keçmiş prezidenti Almaz Atambayev ittiham olunduğu cinayətlərdən birinə görə bəraət hğkmü alıb.

Musavat.com xəbər verir ki, bu barədə 24.kg saytı məlumat yayıb.

Agentliyin məlumatına görə, prokurorlar bütün təqsirləndirilən şəxslərə qarşı təqsirli hökmün çıxarılmasını və müxtəlif müddətlərə azadlıqdan məhrum edilməsini istəyiblər. Müşavirə otağını tərk edən hakim Ubaydulla Sətimkulov əməldə cinayət tərkibi olmadığı üçün təqsirləndirilən şəxslərin hamısına bəraət verib.

Bundan sonra Prezident Aparatının sabiq rəhbəri Fərid Niyazov məhkəmə zalında həbsdən azad edilib.

Məhkəmə üstəlik bəraət almış şəxslərin reabilitasiya hüququnu tanıyıb.

Xatırladaq ki, 2020-ci il oktyabrın 5-6-da Bişkekdə parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq mitinqlər keçirilib. Oktyabrın 6-da MSK seçkinin nəticələrini ləğv etmək məcburiyyətində qalıb. Lakin hadisələrdən sonra keçmiş prezident və yaxın tərəfdaşları iğtişaşları təşkil etmək ittihamı ilə üzləşiblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR