Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın İssık-Kul bölgəsindəki karxanada təxminən 4 min il əvvəl yaşamış mamont qalıqları tapılıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Mədəniyyət, İdman və Gənclər Siyasəti Nazirliyindən verilən yazılı açıqlamada bildirilib.
Qeyd olunub ki, sümüklər İssık-Kulun Ak Suu rayonundakı Xrıqalah çayının köhnə daşqın sahəsindəki karxanada tapılıb.
Karxana sahibinin tapıntı ilə bağlı rəsmi qurumlara məlumat verməsindən sonra hadisə yerinə arxeoloqlar göndərilib. Arxeoloqlar diş və çənə sümüklərinin iki fərqli yerdə (Bir-birindən 140-150 metr aralıda, 3 metrdən 5 metrə qədər dərinlikdə) tapıldığını müəyyən edib.
Ərazinin təmizlənməsi nəticəsində sümüyün bir hissəsi üzə çıxıb.
Çıxarılan sümüklər muzeyə çatdırılması üçün qablaşdırılıb.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ