İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda cibgiri dirəyə sarıyıb linç ediblər - VİDEO

Qırğızıstanın Talas rayonunda yerli sakinlər mal-qara bazarında cibgirlk edən şəxsi yaxalayıb, daha sonra ağaca sarıyıb əzişdiriblər.

Musavat.com Qırğızıstan mediasına istinadla xəbər verir ki, hadisənin videosu sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə kişinin dirəyə necə bağlandığı görünür. Hadisə yerində olan polis məmuru da camaat tərəfindən sıxışdırılıb.

Talas rayon polisi hadisənin baş verdiyini təsdiqləyib: “Yerli sakinlər kişini dirəyə bağlayıblar. Baxış zamanı məlum olub ki, naməlum şəxslər Qara-Buurinski rayon sakininin 60 min som (təxminən 685 ABŞ dolları) pulunu, həmin rayonun digər sakinindən isə 6 min somunu oğurlayıblar.

Şübhəli şəxs polis bölməsinə aparılıb. Onun İssık-Kul rayonunun Qriqoryevka kəndinin sakini olduğu üzə çıxıb. Onun üzərindən 35 min som (təxminən 400 dollar) aşkar edilib. Saxlanılan şəxs həkim tərəfindən müayinə olunub, onun sağlamlığına heç bir təhlükə yoxdur. İstintaq davam etdirilir”, - idarədən bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR