İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan XİN: 47 min qırğız Rusiyanın qara siyahısından çıxarılacaq

Rusiyanın hakimiyyət orqanları əvvəllər müxtəlif qanun pozuntularına görə ölkəyə girişi qadağan edilən 47 min Qırğızıstan vətəndaşını tezliklə qara siyahıdan çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev çərşənbə günü Bişkekdə keçirilən mətbuat konfransında deyib.

“Rusiya Qırğızıstanın 47 min vətəndaşına miqrasiya amnistiyası tətbiq etmək qərarına gəlib”, - deyə Jeenbek Kulubayev bildirib. Onun sözlərinə görə, miqrasiya amnistiyası iki dövlətin prezidentləri və hökumətləri səviyyəsində əldə edilən razılaşmalar sayəsində mümkün olub. Nazir birinci mərhələdə əvvəllər Rusiyada müxtəlif qanun pozuntularına yol verən 20 minə yaxın mühacirin qara siyahıdan çıxarılacağını qeyd edib.

Miqrasiya amnistiyasının tətbiqindən sonra daha 35 min Qırğızıstan vətəndaşı Rusiyanın qara siyahısında qalacaq, onların əksəriyyəti məhkəmələrinin qərarları əsasında ölkədən çıxarılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR