İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan-Tacikistan sərhədində toqquşmalar 94 nəfərin ölümü ilə nəticələnib

Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsinin kəskinləşməsi azı 94 nəfərin həlak olması ilə nəticələnib.

AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bazar günü axşam Qırğızıstan tərəfi daha 13 nəfərin həyatını itirdiyini bildirib. Bununla da həlak olanların ümumi sayı 59-a çatıb. Bununla yanaşı, 100-dən çox insan yaralanıb. Tacikistan isə öz növbəsində sərhəddəki toqquşmalar nəticəsində 35 vətəndaşının öldüyü, azı 20 nəfərin yaralandığı barədə məlumat verib.

Eyni zamanda, münaqişə səbəbindən Qırğızıstanın sərhədyanı ərazilərindən 142 min nəfərdən çox sakin təxliyə olunub. Qırğızıstan Təhlükəsizlik Şurasının sədri Marat İmankulovun sözlərinə görə, bu, ölkə tarixində əhalinin ən miqyaslı təxliyəsidir.

Sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində ağır silahlardan istifadə olunmaqla toqquşmalar başlayıb. Sentyabrın 16-da vəziyyət daha da kəskinləşib. Bir-birini təqsirləndirən münaqişə tərəfləri beynəlxalq birliyin təzyiqi ilə həmin gün atəşin dayandırılması barədə razılığa gəliblər. Atəşkəs rejimi yerli vaxtla saat 16:00-dan qüvvəyə minib.

Hazırda sərhəddə vəziyyətin sabitləşdiyi, atışmaların dayandığı bildirilir.

Sentyabrın 19-u Qırğızıstanda matəm günü elan olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR