Onlayn ictimai-siyasi qəzet
COP29-un Azərbaycanda keçirilməsi həm də Türk dünyası üçün böyük hadisədir.
“Report”un məlumatına görə, bunu Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən on üçüncü iclasında deyib.
Onun sözlərinə görə, TÜRKPA fəaliyyəti çərçivəsində qarşıya qoyulan məqsədləri uğurla həyata keçirir.
“Biz regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün TÜRKPA-nın fəaliyyətini genişləndirməliyik. Bu ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 əlamətdar hadisə olacaq. Belə bir tədbirin Azərbaycanda keçirilməsi həm də Türk dünyası üçün böyük hadisədir. İnanıram ki, bu görüş də yüksək səviyyədə keçiriləcək. Qardaş Qırğız Respublikasının bu məsələdə həmrəyliyini diqqətə çatdırıram”, - sədr qeyd edib.
N.Şakiyev regional və qlobal problemlərin həlli yönündə əməkdaşlıqların inkişafının önəmli olduğuna diqqət çəkib.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ