Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanda 368 yüksək dağ gölü daşmaq təhlükəsi ilə üz-üzədir.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların monitorinqi və proqnozlaşdırılması departamentinin direktoru Daurbek Sakyev mətbuat konfransında açıqlayıb.
Ümumilikdə ölkədə iki mindən çox alp gölü var. Sakiyevin sözlərinə görə, mütəxəssislər ya məsafədən zondlama, ya da yerüstü tədqiqatlar vasitəsilə monitorinq aparırlar. Bunun əsasında profilaktika və qoruyucu tədbirlər üçün tövsiyələr verilir:
“Yanvar-fevral aylarında bu proqnozlar qabaqlayıcı tədbirlərin görülməsi üçün yerli özünüidarəetmə orqanlarına ötürülür, hər ay hidrometeoroloji vəziyyətdən və şəraitdən asılı olaraq nazirlik tərəfindən fırtına xəbərdarlığı verilir və SMS göndərilir”.
Bundan əvvəl Bişkek meriyası dağ göllərinin daşması təhlükəsi ilə əlaqədar mümkün daşqınlara xüsusi hazırlıq rejimi elan edib. Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi Çuy vilayətindəki Kol-Tor gölünün daşmasının qarşısını almaq üçün ondan su çəkməyə başlayıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ