İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzaya öldürücü zərbə - Hərəkat lideri məhv edildi

İsrail ordusu Qəzzadakı Xalq Müqaviməti Hərəkatının hərbi qanadının rəhbərinin öldürüldüyünü açıqlayıb.

Rafat əbu Hilal İsrail döyüş təyyarələrinin Qəzzanın cənubundakı Rəfah şəhərinə hava zərbələri endirərkən həyatını itirib.

Xalq Müqaviməti Hərəkatı HƏMAS və “İslami Cihad”dan sonra Qəzza zolağında üçüncü ən böyük silahlı qruplaşmadır.

İsrail ordusunun son əməliyyatlarında HƏMAS-ın “Nüxba” xüsusi təyinatlı qüvvələrinin rəhbər şəxsləri də öldürülüb.

Bundan əlavə, İsrail ordusu son 24 saat ərzində HƏMAS-ın yüzlərlə obyektini, o cümlədən tank əleyhinə raket buraxılış məntəqələrini, tunellərini, kəşfiyyat infrastrukturunu və müxtəlif komanda mərkəzlərini məhv edib./Teleqraf.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR