Onlayn ictimai-siyasi qəzet
Xızı rayonunun prokuroru Xəyalə Abbasova avtomobil qəzasına düşüb və aldığı xəsarətlərlə Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Musavat.com xəbər verir ki, hadisənin hansı şəraitdə baş verdiyi və X.Abbasovanın səhhəti ilə bağlı rəsmi qurumlar hələlik geniş məlumat verməyib.
Xəyalə Abbasova kimdir?
Xəyalə Abbasova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında çalışmağa başlayıb. O, Binəqədi rayon prokurorluğunda müstəntiq vəzifəsində işləyib, daha sonra Bakı şəhər prokurorluğunda şöbə rəisi kimi fəaliyyət göstərib. Peşəkar karyerasını davam etdirərək Baş Prokurorluğun Ədliyyə, Gömrük və Vergilər orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsində prokuror vəzifəsində çalışıb.
2024-cü ilin yanvar ayında isə Xəyalə Abbasova Xızı rayon prokuroru vəzifəsinə təyin edilib. Onun bu vəzifəyə təyinatı ilə rayonun hüquq-mühafizə orqanlarında müəyyən islahatların aparılması gözlənilirdi.
Hazırda Xəyalə Abbasovanın vəziyyəti ilə bağlı rəsmi açıqlamalar gözlənilir. Onun müalicəsinin davam etdiyi və həkimlərin vəziyyətini nəzarətdə saxladığı bildirilir. Hadisənin detalları və qəzanın başvermə səbəbləri araşdırılır.
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ