İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan ABŞ-a 100 milyard dollar yatıracaq

Özbəkistan üç il ərzində malların alışı və investisiyalar yolu ilə Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar sərmayə qoyacaq.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində çıxış edib: "Amerika Birləşmiş Ştatları ilə Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi müqavilə imzalandığını elan etməkdən məmnunam.  Növbəti üç il ərzində Özbəkistan əsas Amerika sənaye sahələrinə, o cümlədən vacib minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar, növbəti on il ərzində isə 100 milyard dollardan çox investisiya qoyacaq".

Tramp Özbəkistan prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib və ABŞ-ın ölkə ilə "uzun və məhsuldar münasibətlərə" sadiq olduğuna əminlik ifadə edib.

Amerika prezidenti noyabrın 6-da Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR