İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzaya düşən Elxan Səmədovla bağlı YENİ XƏBƏR

Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya köçürülüb.

Musavat.com-un xəbərinə görə, bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.

Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR