Onlayn ictimai-siyasi qəzet
Qazaxıstanda baş verən AZAL təyyarə qəzası zamanı hadisə yerinə ilk çatanlar yaxınlıqdakı "Sayına Şapaqatova" yarımstansiyasında çalışan işçilər olub.
Musavat.com xəbər verir ki, onlar qəza baş verən andan dərhal sonra hadisə yerinə gələrək ilkin olaraq 10-15 nəfəri xilas ediblər.
Daha sonra hadisə yerinə xüsusi texnikalar, o cümlədən kran gətirilib və xilasetmə əməliyyatlarına başlanılıb.
Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysi ilə uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Son məlumatlara görə, xilas edilənlərdən 32 nəfər sağdır.
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ