İnsanlara hürriyət, millətlərə istiqlal!

Qətər futbolçuları Türkmənistana gəlməkdən imtina ediblər

Qətərin futbol klubları yeni Arkadağ şəhərinin eyni adlı stadionunun açılış oyununda iştirak etmək üçün Türkmənistana gəlməkdən imtina ediblər.

Musavat.com Fərqanə agentliyinə istinadən xəbər verir ki, iyunun sonunda türkmən rəsmiləri Qətərdən olan həmkarlarından Arkadağ şəhərində yeni stadionun açılışında iştirak etmək üçün Qətərin istənilən futbol komandasını göndərməyi xahiş ediblər.

Eyni zamanda, müraciət son dərəcə israrlı olub. Görünür, rəsmilərdən biri ölkə rəhbərliyinə qətərli futbolçuları mərasimə gətirəcəyinə söz verib.

Qətər nümayəndələri isə türkmən həmkarlarının xahişini yerə salıblar. Bunun iki səbəbi var: müraciət çox gec gəlib və bütün futbolçular yay tətilindədir.

Qətərli qonaqların Arkadağın açılışına gəlməsi nədə bu qədər vacib olub, bəlli deyil. Amma güman etmək olar ki, söhbət hansısa simvolizmdən gedir – məhz bu ərəb ölkəsi 2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edib.

Nəticədə, stadionun açılış mərasimində Türkmənistan çempionatının ən yaxşı oyunçularının toplaşdığı yerli “Arkadağ” superklubu ilə hazırkı respublika çempionu, AFC Çempionlar Liqasının iştirakçısı “Ahal” qarşılaşıb. Meydan sahibləri 0:3 hesabı ilə qalib gəlib.

Arkadağ şəhərinin açılışı ilə bağlı tədbirlər iyunun 29-da, respublikanın eks-prezidenti, indi isə rəsmi olaraq Arkadağ titulu daşıyan parlamentin sədri Qurbanqulu Berdiməhəmmədovun doğum günündə baş tutub.

Bununla belə, Arkadağın özü bayram mərasimində iştirak edə bilməyib, çünki yerli KİV-in məlumatına görə, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına səfər edən dövlət nümayəndə heyətinə cənab Berdiməhəmmədov rəhbərlik edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR