İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Zəngəzurda gərginlik - İşçilər geri çəkilmir

Zəngəzur Mis-Molibden Kombinatının (ZMMK) (Qərbi Zəngəzur-M.) bir qrup işçisi əmək haqlarının 50% artırılmasını tələb edir.

Musavat.com-un məlumatına görə, bu barədə Respublika Həmkarlar İttifaqları Assosiasiyasının sədri Eduard Paxlevanyan yerli mediaya bildirib.

O, eyni zamanda qeyd edib ki, tələbləri ilə bağlı zavod rəhbərliyinə məlumat vermədikləri və tətil edəcəkləri barədə xəbərdarlıq etmədikləri üçün onların hərəkətləri “tətil” anlayışına daxil deyil. Narazıların sayı 200 nəfərə yaxındır, hazırda onlarla danışıqlar aparılır.

ZMMK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ara Markaryan problemi “daxili” adlandırıb. O, bildirib ki, ilin əvvəlindən zavod öz təşəbbüsü ilə işçilərin maaşlarını bərabərləşdirmək üçün artırmağa qərar verib. Belə ki, bəzi hallarda eyni işə görə bəzi işçilər digərlərindən xeyli çox maaş alıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

BÜTÜN XƏBƏRLƏR