İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycana qayıdışın sülh sazişindəyer alması - ədalətin bərpasına vəsilə

Qarabağ ermənilərinin qayıdışı gündəmə gələrsə, qərbi azərbaycanlıların qayıdışı da təmin olunmalıdır; qayıdış hüququ beynəlxalq hüquq alətləri ilə təsbit edilməlidir

Detalları təbii olaraq ictimaiyyətə hələlik bəlli olmayan sülh sazişi ilə bağlı ermənilər müxtəlif iddialar səsləndirirlər. 

Ermənistanın keçmiş səfiri Dzünik Ağacanyan deyib ki, sülh sazişində azərbaycanlıların Qərbi Azərbaycana qayıtması da yer alıb.

O, İrəvanın Bakının “Qərbi Azərbaycan icması” ilə danışıqlara başlamaq tələbinə reaksiyasını bu cür dəyərləndirib.

“Mən bunu 2022-ci ildə də demişdim. Azərbaycanlıların qayıtması məsələsi Praqa görüşündə ortaya çıxdı. Praqa görüşü Rusiya Federasiyasının Ukrayna cəbhəsində mövqelərinin müvəqqəti zəifləməsi fonunda baş tutub. Bütün bu faktları müqayisə edərək belə qənaətə gəlmək olar ki, Paşinyan Praqada artıq bu tələblə razılaşıb”, - deyə Ağacanyan bildirib.

Əgər sülh sazişində Qərbi Azərbaycana qayıdış məsələsi varsa, bu, tam təbii qarşılanmalıdır və beynəlxalq hüququn, o cümlədən sülh prinsiplərinin tələbidir. Ermənistan rəsmi səviyyədə bundan imtina edərsə, adekvat addım kimi Azərbaycan hansı mövqedən çıxış etməlidir? 

Ramil Həsən: Azərbaycan Prezidenti bölgədə, eləcə də dünyada böhranın idarə  edilməsində və pandemiyaya qarşı mübarizədə həlledici rol oynayır - AZƏRTAC

 Ramil Həsən 

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Ramil Həsən “Yeni Müsavat”a şərhində Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı müəyyən razılaşmaların olmasına baxmayaraq, bir neçə maddə üzərində iş getdiyinə diqqət çəkdi: “Azərbaycan dövlətinin haqlı olaraq ən vacib və mühüm tələblərindən biri Ermənistan Respublikasının Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddənin çıxarılmasıdır. Bu, beynəlxalq hüquq normalarına uyğundur və hakimiyyət dəyişikliyi nəticəsində sülh müqaviləsinin şərtlərinin pozulmasının qarşısını almaq üçündür. Eyni zamanda Ermənistanın daxili işlərinə qarışmaq, yaxud ərazi iddiası deyil, beynəlxalq hüququn verdiyi haqların tələbidir. Davamlı sülhün ən vacib tərkib hissəsi isə indiki Ermənistan ərazisində vaxtilə yaşamış, lakin Ermənistanın şovinist siyasətinin qurbanı olmuş, yurdlarından zorla köçürülmüş azərbaycanlıların geri dönməsidir. Bu məsələ sülh müqaviləsinə daxil edilərsə, bunu alqışlayacağıq. Mən və ailəm də daxil olmaqla, yüz minlərlə azərbaycanlının insan haqları prinsiplərinə uyğun olaraq haqlarının təminatını tələb edirik. Qayıdış Konsepsiyasının müvafiq müddəasında qərbi azərbaycanlıların yurdlarına dönməsi ilə bağlı çalışacağımızı vurğulamışıq. Əminik ki, Azərbaycan dövləti, başda Ali Baş Komandan İlham Əliyev olmaqla, qərbi azərbaycanlıların hüquqlarına bu günə qədər olduğu kimi, bundan sonra da sahib çıxacaq, bizim yurdumuza ləyaqətlə dönməyimiz, sülh müqaviləsi və sonrakı proseslərdə ciddi nəzərə alınacaq”.

R.Həsən Qarabağ ermənilərinin geridönüşü ehtimalını belə şərh etdi: “Hesab edirəm ki, qərbi azərbaycanlıların dönüşü ilə ermənilərin Qarabağa dönüşü müqayisəolunmaz məsələlərdir. Qarabağ ermənilərinin çıxarılması Fransa kimi ölkələrin Azərbaycana təzyiq etməsini həyata keçirmək üçün planlaşdırılmışdı. Azərbaycan heç kimin, xüsusilə mülki əhalinin getməsi üçün hər hansı addım atmayıb. Əksinə, mülki əhalinin qalıb yaşaması üçün xüsusi portal açıldı, vətəndaşlıq alınması üçün sadələşdirilmiş şərtlər təklif edildi. Buna baxmayaraq, onlar xarici güclərin təsiri ilə Qarabağı könüllü surətdə tərk etdilər. Əgər Qarabağ ermənilərinin qayıdışı gündəmə gələrsə, paralel olaraq qərbi azərbaycanlıların qayıdışı da təmin olunmalıdır. Azərbaycan dövləti bütün vətəndaşlarına istisnasız olaraq bütün hüquqların təmini ilə bağlı zəmanət verir. Bu, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, milli azlıqların haqlarının və hüquqlarının təmin edilməsi, qaçqınların yurdlarına qayıdışı ilə bağlı olan predmetdir ki, bunu beynəlxalq hüquq çərçivəsində Ermənistandan tələb etməkdəyik. Beləliklə, bunlar paralel aparılacaq proseslərdir. İnanırıq ki, sülh müqaviləsində ya preambula, yaxud da anlaşma şəklində əks olunaraq, qərbi azərbaycanlıların yurdlarına dönmələri ilə bağlı proses başlayacaq. Məlum olduğu kimi, dekabrın 5-də Prezident İlham Əliyev növbəti dəfə Ermənistan hökumətindən Qərbi Azərbaycan İcması ilə danışıqlar masasına oturmağı tələb edib. Ermənistan beynəlxalq hüquqa riayət etmək istəyirsə, o zaman bu tələbə əməl etməlidir, səlahiyyətli şəxs müəyyənləşdirsin, geri qayıdışın şərtlərini və formalarını müəyyən edək. İnanıram ki, Qarabağda zəfər və ədaləti bərpa etdiyimiz kimi, qərbi azərbaycanlıların yurdlarına dönməsi ilə bağlı da müsbət nəticənin şahidi olacağıq”. 

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin (STM) əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə isə “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “İnsanların öz doğma torpağına qayıtma hüququ beynəlxalq hüququn təməl prinsiplərindən biri olub, başda Ümumdünya İnsan Hüquqları Bəyannaməsi olmaqla, bir sıra beynəlxalq hüquq sənədlərində, o cümlədən beynəlxalq konvensiyalarda öz əksini tapır. Məsələn, Vətən müharibəsində Ermənistan məğlubiyyətə uğradıqdan sonra İrqi ayrı-seçkiliyin bütün formalarının qadağan olunması haqda Konvensiyanın (CERD) müvafiq maddələrinə istinad edərək Azərbaycana qarşı beynəlxalq məhkəmə işləri qaldırıb ki, Qarabağ ermənilərinin geri qayıdış hüququnu təsbit etsinlər. Bu, əslində onlarda müəyyən qədər alınıb, çünki Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarında Azərbaycanın üzərinə Qarabağ ermənilərinin təhlükəsiz geri qayıdışını təmin etmək öhdəliyi qoyulub. Lakin bir məsələ var ki, Azərbaycan onsuz da bu öhdəlik qoyulmadan da Qarabağ ermənilərinə geri qayıtmağı təklif etmişdi. Bir şərt vardı - Azərbaycan vətəndaşlığını qəbul etmək. Lakin Ermənistan özü 1987-1991-ci illərdə deportasiyaya məruz qoyduğu 250 mindən çox azərbaycanlının müvafiq hüququnu təmin etmir. Hətta Qərbi Azərbaycan terminini öz suverenliyinə təhdid kimi qarşılayaraq bunun əleyhinə beynəlxalq ictimai rəy formalaşdırmağa çalışır. Onların qarşısında bu iddianı isə biz qaldırırıq. Bu haqda beynəlxalq təşkilatlara müraciətlər olunur, müvafiq tədbirlər, konfranslar keçirilir. Məsələn, UNESCO-ya azərbaycanlıların Ermənistandakı maddi-mədəni irsini araşdırmaq üçün müraciət olunub. Lakin Ermənistan UNESCO missiyasının müvafiq mandatla ölkəsində araşdırma aparmasına izn vermir, çünki nəticədə Ermənistanın uzun illərdir formalaşdırdığı "siyasi mif" tamamilə darmadağın olacaq. Ermənilərin geri qayıdışı üçün çağırış edərək azərbaycanlı qaçqınlar barədə susan Avropa İttifaqı, hətta Azərbaycana qarşı Qarabağ qaçqınlarına görə sanksiya tətbiqini təklif edən ABŞ konqresmenləri nə qədər bizim hüquqlarımızı görməzdən gəlsələr də, Azərbaycanın həyata keçirdiyi qayıdış siyasəti və bu çərçivədəki tədbirlər acı reallığı dünyanın gözü qarşısına sərmiş və qlobal erməni şəbəkəsinin və onların Qərb havadarlarının dezinformasiya siyasətlərinin ifşasını həyata keçirmiş olur. Odur ki, ermənilərin Qarabağa qayıdışı məsələsi necə ki, Avropa Parlamentində, ATƏT-də, BMT-nin müvafiq məhkəmə və digər strukturlarında Ermənistan tərəfindən qaldırılır və müvafiq hüquqi alətlərdən istifadə edilərək bu hüquqları təsbit olunur, eləcə də Azərbaycan qərbi azərbaycanlıların torpaqlarına qayıdış hüququnu beynəlxalq hüquq alətləri ilə təsbit etməyə nail olmalıdır. Həmçinin bu məqsədlə Azərbaycandakı müxtəlif icma nümayəndələrinin, ictimai təşkilatların, vətəndaş hərəkatlarının adından beynəlxalq qurumlara müraciətlər ünvanlana, bəyanatlar yayımlana bilər ki, bunlar da Qərbi Azərbaycana qayıdış mövzusunda milli həmrəyliyi nümayiş etdirə bilər". 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR