İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidentindən Trampa MÜRACİƏT

Gürcüstan prezidenti Mixeil Kavelaşvili ABŞ lideri Donald Trampa açıq məktubla müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Məktubda deyilir:

“Prezidentliyinizin bir neçə ayı ərzində Siz Gürcüstanın bütün qonşu dövlətləri ilə sıx münasibətlər qurmusunuz – Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına uğurla vasitəçilik etmisiniz, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq aparmısınız, hətta Vladimir Putinlə tərəfdaşlığı bərpa etmisiniz. Lakin bütün bunların fonunda Sizin administrasiyanız Gürcüstan barədə heç nə demir ki, bu da gürcü cəmiyyətində təəccüb doğurur.

Gürcü cəmiyyəti Gürcüstanda müharibə və qarışıqlığa yönəlmiş “Deep State”in hökmranlığından narahatdır və təəssüf ki, Sizin administrasiyanız buna passiv şəkildə tamaşa edir.

Mən ümid edirəm ki, administrasiyanızın Gürcüstana münasibəti dəyişəcək. Vacibdir ki, gürcü xalqının gözündə Amerika Birləşmiş Ştatları “Deep State”lə deyil, Amerikanın güclü prezidenti ilə, daimi sülhün pozulması və destabilizasiya cəhdləriylə deyil, sülh və sabitliklə, gender və LGBT təbliğatıyla deyil, ənənəvi dəyərlərə hörmətlə assosiasiya olunsun.

Şəxsən mən, Gürcüstan prezidenti olaraq, Gürcüstan hökumətinin bəyan etdiyi məqsədin – Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlığın sıfırdan və konkret yol xəritəsi əsasında bərpasına – həyata keçirilməsinə maksimum dərəcədə dəstək verməyə hazıram. Bu məqsədə nail olmağın zəruri şərti isə Sizin administrasiyanızın Gürcüstan dövlətinə və gürcü xalqına ədalətli və diqqətli münasibət göstərməsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR