Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti müdafiə xərclərini artırmaq üçün “borc əyləcini” (büdcədən aldığından daha çox pul xərcləməyi qadağan edən qayda) yumşaltmağa qərar verməklə NATO-nu dağılmaqdan xilas etdi.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri bazar günü Almaniya kansleri Fridrix Merts deyib.
Merts ZDF-yə müsahibəsində deyib: “Biz müdafiə xərclərinə dair qərarımız sayəsində ümumilikdə NATO-nu qoruya bildik... Mən NATO-nun Haaqa sammitində idim. Əgər biz əsas qanunu dəyişməsəydik və ÜDM-in 3,5%-ni müdafiəyə və 1,5%-ni lazımi infrastruktura xərcləməyə hazır olmasaydıq, o zaman NATO, yəqin ki, elə həmin gün dağılacaqdı. Biz bunun qarşısını aldıq".
NATO dövlətlərinin liderləri iyunun 24-25-də Haaqada keçirilən NATO sammitində müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq barədə razılığa gəliblər.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ