İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdən sensasiyalı etiraf: "Ukraynanın qələbəsi sərf etmir"

"Həm Putinin qələbəsi, həm də Zelenskinin qələbəsi Qərb üçün faydalı olmayacaq".

Musavat.com haberler.com-a istinadən bildirir ki, ABŞ-ın nüfuzlu "Time" jurnalının redaksiya məqaləsində belə deyilir.

"Kiyev üçün çox böyük qələbəyə" imkan verməməyə çağırıb, çünki heç kim Ukrayna uğrunda ölmək və ya Zelenskinin inadına görə donub qalmaq istəmir." , - deyə məqalədə qeyd edilir.

Bundan əlavə,  amerikalı jurnalistləri qeyd edirlər ki, Ukraynanın qələbəsi Rusiyanı nəyin bahasına olursa-olsun "hüdudsuz qisas almağa" sövq edə bilər ki, bu da Qərbin xeyrinə olmayacaq. Belə bir ssenari nüvə silahından istifadə risklərini artırır.

Rus qoşunlarının açıq qarşıdurmada üstünlükləri göz qabağındadır. Rusiya ordusunu möhkəmləndirilmiş mövqelərindən çıxarmaq üçün Kiyevə canlı qüvvədə üçqat üstünlük lazımdır.

Bundan başqa jurnalda bildirilir ki, Krım həmişəlik Ukrayna üçün itirilib. Buna baxmayaraq, digər Ukrayna ərazilərinin Rusiya Federasiyasına qoşulmasının tanınması Çin və İran kimi digər iddialı dövlətlər üçün presedent olardı ki, bu da ABŞ üçün əlverişsizdir.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR