İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdə Putinin hiyləgər addımından qorxublar

Rusiya Federasiyası, Çin Xalq Respublikası və Şimali Koreya arasında ittifaqın yaradılması Qərb üçün dağıdıcı nəticələrə səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Daily Express” yazıb.

Nəşr ekspertlərə istinadən qeyd edir ki, Rusiya prezidenti Vladimir Putinin Moskva, Pekin və Pxenyan arasında əlaqələri gücləndirmək istiqamətində atdığı siyasi addım ölkələrə hərbi potensialı artırmaqda və iqtisadi inkişafı sürətləndirməkdə bir-birinə kömək etməyə imkan verəcək.

Bu, Qərb hökumətlərinin narahatlığına səbəb olur. Çünki Çin onsuz da əksər sahələrdə sürətlə dünya liderliyinə can atmaqdadır, Rusiyanın ona, onun da Rusiyaya dəstəyi Qərb dövlətlərinə problemlər vəd edir. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR