İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb ordusu ukraynalılar üçün tərcüməçi tapa bilmir

Ukrayna ordusunda Almaniyada təlim keçmək üçün tərcüməçilərin olmaması böyük problemə çevrilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Aİ-nin təlim missiyasının rəhbərinin müavini, hollandiyalı general Martin Bonn “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Bonnun sözlərinə görə, Ukrayna və Qərb müttəfiqləri çox vaxt çox ixtisaslı tərcüməçilər təqdim etmirlər. Əsas problem gündəlik həyatda istifadə olunmayan hərbi lüğətlərin tərcüməsi ilə bağlıdır.

“Financial Times” müdavimlərin həm hazırlıq səviyyəsi, həm də yaş baxımından heterojen tərkibinə diqqət çəkir. Məsələn, bir hərbçinin 71 yaşı var. Gələn xəbərlərə görə, ukraynalılar ən perspektivli hərbçilərini təlimlərə deyil, cəbhəyə göndərməyə üstünlük verirlər.

Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, təlimatçılar Sovet İttifaqı dövründə təhsil almış ukraynalılarla işləməli olurlar və bu onlara çox böyük çətinliklər yaşadır.

“Financial Times”ın həmsöhbətləri ukraynalı hərbçilərin yüksək motivasiyasına heyran qaldıqlarını gizlətməyiblər.

İlin sonuna kimi 10 min ukraynalı əsgər Almaniyada təlim keçməlidir. Bu, Ukrayna silahlı qüvvələrini tanklar, artilleriya və hava hücumundan müdafiə sistemləri ilə təchiz olunmasını nəzərdə tutan Qərb proqramının bir hissəsidir. Ümumilikdə,rəsmi Kiyev Avropa və ABŞ-dakı hərbi düşərgələrdə 60 mindən çox insana təlim keçirməyi planlaşdırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR