İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb kəşfiyyatının Rusiya - Ukrayna müharibəsinə dair YENİ VƏ QORXUNC MƏLUMATLARI

Putin Ukraynada ilin sonuna qədər davam edəcəyi gözlənilən müharibədə hələ də qalib gələ bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Times" yazır.

Kəşfiyyat rəsmiləri xəbərdarlıq edib ki, Rusiya ordusu şərqdə Ukrayna qüvvələrini üç dəfə üstələyir və onların əhəmiyyətli bir hissəsini mühasirəyə alıb sonra məhv edə bilər. Bundan sonra Rusiya Kiyevə yeni hücuma keçə və ya Ukraynanın Qara dənizə çıxışını kəsə bilər. İngilis kəşfiyyatı bunu "ən pis ssenari" (Kiyevə hücumdan da pis) kimi dəyərləndirir.

Ukraynanın şərqindəki əsas müharibə meydanı düz ərazidir. Bu da rus artilleriyası və tanklarına Kiyevin şimalındakı meşələrdən fərqli olaraq, üstünlük yaradır.

Qərb kəşfiyyatı hesab edir ki, Moskva bu müharibənin ilk iki ayında baş verən faktiki rüsvayçılıqlardan sonra öz planlarına taktiki düzəlişlər edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR