İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb indi də dişini Serbiyaya keçirdi - “Rəngli inqilablar” ssenarisinin GİZLİ tərəfi

ABŞ-dan yayılan “qızılgül”, “məxməri”, “narıncı” və s. inqilablar, “Ərəb baharı” adlandırılan projelər hər kəsə bəllidir.

Qərb həmişə demokratiya, firavanlıq adı ilə girdiyi ölkələrə fəlakət, problem gətirib.

bayden.jpg (68 KB)

ABŞ-da Co Bayden hakimiyyətə gələn kimi Rusiyada, Türkiyədə və digər bir neçə ölkədə rəngli inqilabların vüsət alacağı proqnozları verilirdi. Bu, baş vermədi. Ekspertlər hesab etdilər ki, qoca Baydenin siyasəti və Rusiya-Türkiyə birgə əməkdaşlığı yuxarıda sadaladığımız projeləri də bitirdi. Doğrudur, Rusiya və Türkiyədə gözlənilənlər olmadı. Təbii ki, buna hər iki ölkənin lideri, aparılan doğru siyasət imkan vermədi. Ancaq Qərb yenə də ənənəsində sadiq qaldı - “əqrəbin xasiyyəti sancmaqdır” deyimini doğrultdu.

Məlumat üçün onu da qeyd edək ki, Qərbin rəngli inqilabları postsovet məkanı və Balkan yarımadasında erkən 2000-ci illərdə müxtəlif əlaqəli hərəkatları xarakterizə etmək üçün istifadə olunan termindir. Bu inqilablar dəstəklənən siyasi namizədlərin seçkilərdə məğlubiyyətini qəbul etməməsi, hakimiyyətin dəyişməsi, demokratik və ya pro-Qərbi oriyentasiyalı hökumətlərin qurulması kimi məqsədlərə xidmət edirdi. Bu inqilabların adları onların simvolik rəngləri ilə əlaqədardır. Məsələn, Gürcüstanda “Qızılgül” inqilabı, Ukraynada “Narıncı” inqilab, Qırğızıstanda “Zanbaq” inqilabı və s.

İNQİLAB.jpg (282 KB)

Bu inqilabların bir çoxu Qərb ölkələri, xüsusən ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və təşkil edilən müxtəlif təşkilatlar, fondlar, qurumlar tərəfindən dəstəklənirdi. Bu inqilabların ardındakı əsas güc geniş kütləvi etirazlar idi, amma bəzi hallarda polis müdaxiləsi, qanunsuzluq, zorakılıq və ya qarşı inqilab da baş verirdi. Bu inqilabların nəticələri hər ölkə üçün fərqli olub. Əksər hallarda siyasi böhranlara, münaqişələrə və ya müstəqilliyin itirilməsinə səbəb olub.

İndi də Serbiyada iğtişaşlar başlayıb.

VUCİC.jpg (65 KB)

Hələ bu ilin may ayında Serbiya prezidenti Aleksandar Vuçiç Pançevoda keçirilən mitinqdə demişdi ki, ölkədə rəngli inqilab təşkil etmək cəhdləri barədə xəbərlər var.

“Şərqdən olan xüsusi xidmət orqanlarımız rəngli inqilablar cəhdlərindən danışır”, - deyə dövlət başçısı bildirmişdi.

O qeyd etmişdi ki, Serbiya inqilablardan və bütün serblərin, o cümlədən həyati vacib milli maraqların məhv edilməsindən bezib.

Bundan əvvəl Vuçiç “istəməsə də” erkən seçkilərin 2023-cü ilin sonuna qədər keçiriləcəyini istisna etmədiyini bildirmişdi.

Ötən gün də Serbiyada “rəngli inqilab”a cəhd oldu, iğtişaşlar baş verdi.

BELQRAD.jpg (129 KB)

Təbii ki, bu da Qərbin indiyədək bir çox ölkələrdə sınaqdan çıxardığı “rəngli inqilab” ssenarisidir. Prezident Vuçiç bununla bağlı bəyanatında açıq şəkildə deyib ki, bir çoxları Serbiyaya öz iradələrini yeritməyə çalışırlar: “Bir çoxları Belqradın anti-Rusiya sanksiyalarına qoşulmasında israr edərək Serbiyaya öz iradələrini yeritməyə çalışır, lakin Serbiya müstəqil və müstəqil siyasət yürütməyə davam edəcək...”

Prezident bildirib ki, bunu edənlər Serbiyanı zəif görmək istəyirlər:

“İstəyirlər ki, əvvəllər olduğu kimi iplə idarə olunacaq oyuncaq kimi idarə etsinlər - hökuməti və nazirləri seçə bilsinlər, hansı siyasətin həyata keçiriləcəyinə qərar versinlər, faksla və ya telefonla əmrlər versinlər ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edin. Amma biz öz siyasətimizi aparmaq istəyirik...”

İndiki məqamda hər yerə burnunu soxan Qərb Serbiyanı da Kosovonun müstəqilliyini tanımağa məcbur etmək istəyir. Oktyabrda Fransa, Almaniya liderləri açıq şəkildə Belqradı Kosovonu tanımağa çağırmışdılar.

ADMİN SON .png (1.43 MB)

Yada salaq ki, bu xətti Qərb USAID vasitəsilə bir çox ölkələrdə həyata keçirməyə çalışıb. Qərb ilk növbədə diktə edir. Əgər diktəsi qəbul olunmursa, bölgədə öncədən yerləşdirdiyi müxtəlif təşkilatlarını aktiv hala gətirir. Həmin ölkədə qərbyönümlü müxalif nümayəndələri, təşkilatları vasitəsilə iğtişaşlar törədir, loyal hakimiyyətlərin qurulmasına nail olmaq siyasəti aparır. Təbii ki, Qərb üçün ancaq öz çıxarları var. Onlar hər hansı bir dövlətin güclənməsini, müstəqil inkişaf etməsini, xalqların firavan yaşamasını istəmirlər.

Eyni siyasəti vaxtilə Ukraynada həyata keçiriblər və bu gün bu ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoyublar. Əvvəlcə Ukraynaya silah göndərdilər, maliyyə dəstəyi verdilər. İndi isə açıqlama yayırlar ki, Ukrayna bu müharibədə geri çəkilməlidir. Yəni faktiki olaraq əllərini Ukraynanın üzərindən götürürlər. Ancaq artıq çox gecdir. Ölkə xeyli itki verib, işğala məruz qalıb, zəif düşüb.

UCRAİN.jpg (124 KB)

Eyni qaydada Azərbaycanı da uzun illər ərazilərinin işğalı ilə barışmağa məcbur etmək istəyiblər, eyni ssenari ilə burada da çevrilişlər planları olub, amma bu, baş tutmayıb.

30 il ərzində BMT qətnamələri yerinə yetirilməyib, ATƏT-in Minsk Qrupu mənasız səfərlər, görüşlər keçirib, nəticə isə olmayıb. Biz həmişə Qərbin ikili standartları ilə üz-üzə qalmışıq. Erməniyə dəstək verilib, haqqı tapdalanan, əhalisi məcburi köçkün olan Azərbaycanın problemlərinə göz yumulub. Bütün bunların fonunda zaman-zaman Azərbaycanda müxtəlif qüvvələrin əli ilə aksiyalar təşkil edib, iğtişaş və son nəticədə çevriliş etmək istəyiblər. Ancaq buna nə xalq imkan verib, nə də dövlət. Onun nəticəsidir ki, Azərbaycan bu gün ərazisini öz gücü hesabına tam bərpa edib, heç kimdən asılı deyil.

Zəfərimiz daimi olacaq!

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR