İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva və bir qrup azərbaycanlı ziyalı Şanlıurfada yardım kampaniyasına qoşulub- FOTO, VİDEO

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və  bir qrupu ziyalı, tanınmış şəxslər qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı növbəti dəfə Şanlıurfa vilayəti üçün yardım kampaniyasına qoşulublar.

Musavat.com-a verilən məlumata görə komitə sədri və könül dostları Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə başladılan yardım kampaniyasını örnək alaraq, bu gün Şanlıurfada zəlzələdən zərər görənlərə yardımda bulunublar. Şanlıurfa vilayətində zəlzələdən zərər çəkmiş insanlara AFAD-ın ehtiyaclar siyahısına uyğun olaraq uşaq ləvazimatları alaraq Babək prospekti 27-də yerləşən (Doğtaş mebel) Birlik və Dayanışma platformununun yardım məntəqəsində aidiyyəti üzrə təhvil veriblər.

 Q.Paşayeva yardım toplama məntəqəsindəki çağırışında qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş insanlara dəstək göstərənlərə bir daha təşəkkür bildirərək, yenidən çağırış edib və AFAD-ın yenilənən tələbat və ehtiyaclar siyahısında göstərilən məhsullarla daha çox dəstək göstərməyə çağırıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR