İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Türkiyə səfirliyini ziyarət edib - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva və könül dostları qardaş Türkiyə səfirliyini ziyarət edib, dəhşətli zəlzələdə həlak olanların ruhuna ehtiram əlaməti olaraq, Səfirlik önündəki müvafiq guşəyə tər qərənfillər düzüb, həlak olanların ruhunu 1 dəqiqəlik sükutla yad edib, dualar oxuyub.

Musavat.com xəbər verir ki, daha sonra Türkiyənin Azərbaycandakı Səfiri Cahid Bağçı ilə görüşən ziyarətçilər, Kahramanmaraş başda olmaqla, 10 vilayətdə baş verən dəhşətli zəlzələnin ağır nəticələrindən üzüldüklərini bildirərək, dərin hüznlə başsağlığı verib.

Q.Paşayeva deyib ki, Türkiyəyə qardaş köməyi aralıqsız davam edir, o və könül dostları da, belə yardımları öz könül işi, vəfa borcu bilərək, bundan sonra da maddi, mənəvi planda yardımlara davam edəcəklər: "Dövlət böyüklərimizin kəlamlarının işığında bu gün biz də deyirik ki, Türkiyənin sevinci, sevincimiz, kədəri kədərimizdir. Dövlətimiz, xalqımız bir daha sübut edir ki, biz bir millətik və Türkiyəmizdə baş verən zəlzələ və dağıntılar bizi Azərbaycanda baş vermiş zəlzələ və dağıntılar kimi kədərləndirir, qayğılandırır. Bu dəhşətli təbiət hadisəsi Azərbaycanı, Türk dünyasını, bütün tərəqqipərvər insanlığı ürəkdən sarsıtdı. Tanrı həlak olan bütün qardaş-bacılarımıza rəhmət eləsin, yaralılara acil şəfalar, dağıntılar altında qalanlarımıza qurtuluş versin. Başınız sağ olsun!"

Qardaş ölkənin səfiri Komitə sədrinə, onunla birgə səfirliyi ziyarət edən ictimai fəallara təşəkkür edib. Səfir bildirib ki, zəlzələ barədə xəbər yayılandan səfirlik davamlı olaraq ziyarət olunur, zəlzələdən zərər çəkənlərə saysız-hesabsız yardımlar təşkil olunub, göndərilir və bu da, qardaşlığımızın nə qədər qüvvətli, saf və sarsılmaz olduğunu bütün dünyaya göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR