İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid Tofiq Muradovun atası ilə görüşüb.

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuzda, şəhid Tofiq Muradovun atası Elman Fərman oğlu Muradovla görüşüb.

Görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Q.Paşayeva Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, o cümlədən Millət vəkilləri üçün də ən mühüm örnək olduğunu vurğulayaraq, şəhid valideynləri ilə hər görüşün onunçün əziz görüş olduğunu deyib, şəhid hərbçinin əziz ruhuna ehtiramını bildirib.

Q.Paşayeva şəhid atasına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.

Qeyd edək ki, Tofiq Elman oğlu Muradov 2007-ci ildə şəhid olub.

Ruhu şad olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR