İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid anası ilə görüşüb - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Eltun Əliyevin anası Rimma xanım Əliyeva ilə görüşüb.

Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının qayğıları öyrənilib, ürək sözləri dinlənilib.

Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili üçün də örnək təşkil etdiyini söyləyib. O, tarixi Zəfərin ikinci ildönümü ərəfəsində keçirilən görüşün, ümumiyyətcə şəhid anaları ilə hər bir görüşün onun üçün çox əziz olduğunu deyib, şəhid əsgərin əziz ruhuna dərin sayğılarını bildirib.

Qeyd edək ki, Eltun Elnur oğlu Əliyev (29.08.2001, Sumqayıt – 16.10.2020, Suqovuşan) – 2019-cu ildə Sumqayıt şəhəri 24 saylı orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yola düşüb. Eltun ön xətdə - Tərtər istiqamətində yerləşən “N” saylı hərbi hissədə baş atıcı olaraq xidmət edib.

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan əks-hücum vaxtı Eltun Əliyev Talış, Suqovuşan döyüşlərində fədakarlıqla iştirak edib. 19 yaşında şəhid olan əsgərimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eltun Əliyev “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid əsgərimiz həmçinin “Cəsur döyüşçü” (18.12.2020) və “Suqovuşanın azad olunmasına görə” (24.06.2021) medalı ilə təltif olunub.

Ruhu şad olsun!

fffffff444466666666669.jpg (49 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR