İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva şəhid anaları ilə görüşüb - FOTOLAR

Millət vəkili, MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Vətən müharibəsinin şəhidləri Hilal İmanzadə, Ümman Əmiraslanov və Əfqan Nəsirovun anaları ilə görüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisdə Vətən Müharibəsinin şəhidləri – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilmiş Hilal İmanzadənin anası Rəfiqə Əzizova, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilimiş Vətən müharibəsi şəhidi Ümman Əmiraslanovun anası Ümman Əmiraslanovun anası Fəzilə Əmiraslanova və

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə də təltif olunmuş əsgər Əfqan Nəsirovun anası Kəmalə İsmayılova ilə görüşüb.

Şəhidlərin anaları ilə ətraflı söhbət edən Qənirə Paşayeva, onların ürək sözlərini dinləyib, igid Vətən oğullarının həyat və döyüş yolu ilə, ailələrinin qayğıları ilə yaxından maraqlanıb.

Komitə sədri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə yüksək diqqət-qayğısından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir Millət vəkili, hər bir dövlət qulluqçusu və ziyalı üçün də əsil örnək olduğunu deyib.

Q.Paşayeva şəhid anaları ilə hər bir görüşün onun üçün əziz, doğma və unudulmaz görüş olduğunu bildirib, şəhidlərimizin əziz ruhuna dərin ehtiramını yetirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR