İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva: “Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir”

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən, şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi artırılacaq. Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 18 may 2021-ci il tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb. Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə şəhidlərə və şəhid ailələrinə xərclənən vəsaitin mənbələrinin dairəsi konkretləşdirilərək artırılıb.

 Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında bildirdi ki, bəzi şəhidlərimiz vaxtilə ailə qurublar, amma rəsmi nikahda olmayıblar, bu da hazırda bəzi anlaşılmazlıqlara səbəb olub. Deputat qeyri-rəsmi nikahda olan şəhidlərin həyat yoldaşının da şəhid ailəsi kimi tanınmalı olduğunu söylədi: “Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma bu status verilmir. O körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq. Şəhid xanımı dedi ki, o tək deyil. Bir neçə şəhid ailəsi haqqında belə problem mövcuddur. Mən xahiş edirəm, buna baxılmasına çalışaq”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR