İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva “Heydər Əliyev İli” ilə bağlı ağacəkmə aksiyasında iştirak edib - FOTO

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Ümummilli lider Heydər Əliyevin 100 illik əlamətdar yubileyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ağacəkmə aksiyasında iştirak edib. Sumqayıt şəhər mədəniyyət ictimaiyyətinin, MM Mədəniyyət Komitəsi əməkdaşlarının, vətəndaş cəmiyyəti institutları təmsilçilərinin, qazilərin, habelə Türk dünyasından bir qrup yazarın da qatıldığı ağacəkmə aksiyası “NƏFƏS” İctimai Birliyinin xətti ilə Sumqayıt bulvarında baş tutub. Nəcib aksiya çərçivəsində 500 zeytun fidanı əkilib.

Musavat.com xəbər verir ki, komitə sədri “NƏFƏS” İB-yə, şəxsən Birliyin sədri Firəngiz Balakişiyevaya, aksiyaya dəstək verən Sumqayıt Regional Mədəniyyət İdarəsinə, bütün iştirakçılara könül dolusu təşəkkür edərək, aksiyanın önəmindən söz açıb. Ümummilli liderin təbit vurğunu olduğunu, şəhərlərimizdəki yaşıllıqların, parkların, ağacların qayğısına qaldığını minnətdarlıqla xatırladan Q.Paşayeva, təbiətə, ekologiyaya, yaşıllıqlara diqqət-qayğının Heydər Əliyev nümunəsini hər kəs üçün örnək adlandırıb. Təbiətə həssas yanaşmanın, ağacəkmə aksiyalarının özünü bir mədəniyyət hadisəsi olaraq şərh edən Q.Paşayeva, Sumqayıt bulvarında əkilən 500 fidana qayğı ilə qulluq ediləcəyinə inandığını və gələcəkdə həmin ağacların bulvara xüsusi yaraşıq və gözəllik bəxş edəcəyini bildirib.

Q.Paşayeva yazın ikinci ayında, təbiətin oyandığı vaxtda keçirilən nəcib aksiyanın məqsədinin məhz toplumda ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ, tərənnüm etmək olduğunu deyib: “Bəli, biz bu aksiya ilə Ümummilli liderin ənənələrini davam etdirməyi, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməyi hədəfləmişik. Zəhməti keçən hər kəsə bir daha təşəkkür edirəm. Ağacınız yaşıl olsun”!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR