İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva bir qrup ziyalını təbrik etdi - FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Xan Xəzinəsi” Kitab Evinin qurucususu, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Xan Rəsuloğlu, “VisionTV” internet televiziyasının baş redaktoru, telejurnalist Şöhrət Eldəniz, AYB, AJB üzvü, şair-publisist Vahid Aslan və şair, müəllim Famil Hacısoyu ilə görüşüb və onları (müvafiq olaraq 60, 50, 50 və 60 illik) yubileyləri münasibəti ilə təbrik edib.

Musavat.com xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsində baş tutan görüşdə yubilyarların yaradıcılıq uğurları, planları və qayğıları ilə tanış olan Komitə sədri, onlara yeni yaradıcılıq uğurları diləyib, ürək sözlərini bölüşüb.

Q.Paşayeva Xan Rəsuloğlu, Şöhrət Eldəniz, Vahid Aslan və Famil Hacısoya Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Məktublarda yazarların həyat və fəaliyyətinin ən önəmlə məqamları, yaradıcılıq və ictimai fəaliyyət uğurları vurğulanıb.

Görüşdə ədəbi-mədəni həyat, ədəbi nəşrlər, kitab bayramları, fiziki imkanları məhdud insanlar üçün müxtəlif ədəbi layihələr və b. mövzularda ətraflı fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR