Onlayn ictimai-siyasi qəzet
Ötən gecə İstanbulda Sabiha Gökçen hava limanında Kasablankaya uçmağa hazırlaşan təyyarədə "təyyarəmi qaçırdım" deyə qışqıran qadın çaxnaşmaya səbəb olub.
Musavat.com xəbər verir ki, təyyarədən enməyə razı olmayan qadın saxlanılarkən, uçuş 2,5 saat gecikib.
Dünən axşam saatlarında Sabiha Gökçen Hava Limanında baş verən hadisədə Pegasus Hava Yollarına məxsus PC-651 reysi ilə Kasablanka uçuşundan əvvəl sərnişin qəbulu tamamlanıb. Saat 19.50-də yola düşməli olan qadın sərnişin son anda “Uçuşumu qaçırdım” deyə qışqıraraq terminalın qapısındakı bilet nəzarətindən qaçaraq təyyarəyə minib.
Pilot təhlükəsizliyə görə uçuşuşu dayandırıb. Pilot və kabin heyəti qadın sərnişini təyyarədən enməyə razı sala bilməyib. Təyyarəyə polis qrupları çağırılıb.
Hadisə ilə əlaqədar Pegasus Hava Yollarının İstanbul-Kasablanka reysi Sabiha Gökçen hava limanından saat 22.30-da 2,5 saat gecikmə ilə havaya qalxıb.
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ