İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəfil yerə yıxıldı, avtomobil üstündən keçdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Türkiyənin Tekirdağ vilayətində baş verən faciəvi hadisə bölgə ictimaiyyətini sarsıdıb. 63 yaşlı Tevfik Dəniz adlı şəxs küçədə hərəkətdə olarkən qəfil yerə yıxılıb və bu zaman yaxınlıqdan keçən avtomobilin altında qalaraq həyatını itirib.

Musavat.com xəbər verir ki, hadisə Tekirdağın mərkəzi küçələrindən birində, səhər saatlarında baş verib.

Hadisənin görüntüləri ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb. Kadrlarda Tevfik Dənizin anidən yerə yıxılması və həmin anda yaxınlaşan avtomobilin onun üzərindən keçməsi açıq şəkildə görünür.

Dərhal əraziyə çağırılan təcili yardım tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılan Tevfik Dənizin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, o, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Hadisədən dərhal sonra avtomobili idarə edən sürücü polis tərəfindən saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi üçün istintaq başladılıb. Avtomobil sürücüsünün ifadəsi alınaraq, texniki ekspertizalar təyin edilib.

Şahidlərin sözlərinə görə, Tevfik Dəniz yıxılan zaman sürücü hadisəni fərq etməyib və bu səbəbdən qarşısını almaq mümkün olmayıb. Bununla belə, görüntülərin araşdırılması və ekspert rəyindən sonra sürücünün məsuliyyəti barədə qərar veriləcəyi gözlənilir.

Hadisə ilə bağlı istintaq davam edir.

Musavat.com

Yere yığılan şahsın üzerinden otomobil geçti: Dehşet anı kamerada

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR