İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazilərlə bağlı ayrıca qurum yaratmağa ehtiyac varmı? – Razi Nurullayevlə Pənah Hüseyn “Canlı debat”da

Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun vəfat etməsinin ardınca, daha bir qazi canına qəsd etməyə çalışdı. Əksəriyyət tendensiyanın artacağı ehtimalını əsas götürərək, şəhid ailələri və qazilərin problemləri ilə əlaqədar xüsusi komitənin yaradılmasını təklif edir. Bunu təklif edənlərdən biri də qazi, jurnalist Rey Kərimoğludur. O, sosial şəbəkədə paylaşdığı postunda qeyd edib ki, şəhid ailələri, qazilər, veteranlar və hərbçilərlə iş üzrə ayrıca dövlət komitəsi yaradılmalıdır.

Bu problem necə həll olunmalıdır? Çıxış yolu yeni komitədir, ya işinə məsuliyyətli yanaşan məmurlar? İntihar dalğasının artmaması üçün nələr edilməlidir?
Bu və gündəmdəki bir çox sualları bu gün saat 12.00-də AXP sədri Pənah Hüseynlə millət vəkili Razi Nurullayev müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR