İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanlı senator: Keosayan neonasistləri İrəvanda axtarsın

Qazaxıstan parlament Senatın (yuxarı palata) deputatı Muxtar Kul-Məhəmməd rusiyalı jurnalist Tiqran Keosayanı qazaxıstanlılara qarşı aqressiv hücumuna görə “təxribatçı” adlandırıb.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan parlament Senatın deputatı Muxtar Kul-Məhəmməd açıqlamasında bildirib.

Deputat deyib ki, T.Keosayan beynəlxalq siyasətçi və ya Xarici İşlər Nazirliyinin əməkdaşı deyil, onun sözləri Rusiya prezidenti və xarici işlər nazirinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir.

“Qazaxıstan iqtisadi səbəblərə görə hərbi parad keçirməkdən imtina edib və əgər Keosayan bu tədbirin keçirilməsində israrlıdırsa, o zaman onu Ermənistanda təşkil etsin. Tiqran Keosayanın açıqlamaları açıq şəkildə təxribat xarakteri daşıyır. Hərbi parad keçirməklə bağlı “hiyləgər” məsləhətini həmyerlilərinə – ermənilərə ünvanlasın. Qoy o, qardaşları ilə birgə İrəvanda Almaniyada nasist və faşistlərlə çox fəal əməkdaşlıq edən, SS xidməti ilə əlaqədə olan Qaregin Njdenin abidəsi önünə yürüş etsin. Neonasistləri bizdə yox, öz mühitində axtarsın, qarışıqlıq onun başındadır. Qələbə günü bizim üçün müqəddəs bayramdır. Biz bunu hər il və heç bir paradsız qeyd edirik”,- deyə senator bildirib.

Xatırladaq ki, bu il aprelin 24-də T.Keosayanın yutub kanalında qazaxıstanlılar haqqında mənfi fikirlər səsləndirib, onları nankor adlandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR