İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan örnək addım: bu il 26 tələbə yataqxanası tikiləcək

Artıq Qaraqanda və Manqistau vilayətlərində 900 yerlik iki yataqxana istifadəyə verilib

 Qazaxıstan 2026-cı ilə qədər bütün ölkə üzrə tələbə yataqxanalarında 30 min yer təşkil etməyi planlaşdırır.

Musavatşcom Qazaxıstan mediasına istinadla xəbər verir ki, hökumətin bu barədə yaydığı açıqlamada bildirlir: “Artıq Qaraqanda və Manqistau vilayətlərində 900 yerlik iki yataqxana istifadəyə verilib. 8,3 min yer üçün nəzərdə tutulmuş daha 26-sı ilin sonuna qədər hazır olacaq”.

Monitorinq zamanı, həmçinin Astana, Almatı və Kokşetau şəhərlərində maliyyə çatışmazlığı və digər səbəblərdən tikinti müddətlərinin pozulması riski olan 2,1 min yerlik 6 yataqxana aşkar edilib, həmçinin Pavlodar vilayətində yataqxananın yenidən qurulması işlərinin ləngiməsi qeydə alınıb.

İclasda nazirlik tərəfindən əlavə olaraq yeni tədarükçülərin tapılması istiqamətində işlərin aparıldığı və 1600-dən çox yer üçün 8 potensial obyektin plana daxil edilməsi təklif edildiyi bildirilib. Onların istismara verilməsi bu ilin sonuna qədər Astana və Çimkent şəhərlərində, həmçinin Jambil vilayətində həyata keçiriləcək. 

“Tələbə yataqxanalarının tikintisi ölkə başçısının tapşırığı ilə həyata keçirilir və tələbələr üçün yerləşdirmənin tətbiqi ilə bağlı bütün planlara ciddi əməl edilməlidir. Eyni zamanda, tikilən yataqxanaların sayının artırılması təşəbbüsü də müsbət qarşılanır”, - Baş nazirin müavini Altay Kulqinov vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR