İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstandan neft məhsulunu qanunsuz çıxarmaq üçün 555 dəfə cəhd edilib

Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi ölkənin Özbəkistan, Qırğızıstan və Rusiya ilə sərhədində yüzlərlə qanun pozuntusu aşkarlayıb.

Musavat.com Qazaxıstan mediasına istinadla xəbər verir ki, 2023-cü ilin beş ayı ərzində Türküstan bölgəsində gömrük sərhədindəki avtomobil buraxılış məntəqələrində ümumi həcmi 42 665 litr olan neft məhsullarının Özbəkistan Respublikasına qanunsuz ixracı ilə bağlı 128 faktın qarşısı alınıb. 

Qazaxıstan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən 14 keçid məntəqəsində ümumi həcmi 32 354 litr olan neft məhsullarının qanunsuz ixracı ilə bağlı 427 fakt aşkar edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR