İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda insan alverinə qarşı mübarizə qanun hazırlanacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev VIII çağırış parlamentin ilk iclasında çıxış edərək insan alverinə qarşı mübarizə haqqında xüsusi qanunun qəbul edilməsi barədə göstəriş verib.

Musavat.com Qazaxıstan mediasına istindla xəbər verir ki, prezident deyib: “İnsan hüquqlarının müdafiəsi sahəsində daha bir ciddi problem insan alveridir. Bu problemi həll etmək üçün xüsusi qanun qəbul edilməlidir. Belə bir qanun insan alverinin qurbanına çevrilmiş vətəndaşların müdafiəsini və sosial dəstəyini təmin edəcək. Bu, artan qlobal və regional məcburi miqrasiya prosesləri kontekstində son dərəcə aktualdır. Qanunda ən yaxşı dünya təcrübəsinin öz əksini tapması zəruridir, lakin bu, təbii ki, bizim milli maraqlarımız nəzərə alınmaqla edilməlidir”.

Prezidentin vurğuladığı kimi, qanunun hazırlanmasına yerli ekspertlər və hüquqşünaslarla yanaşı, beynəlxalq təşkilatların nümayəndələrinin də cəlb edilməsi vacibdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR