İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan XİN: “Üçlü qaz ittifaqının” reallaşması Moskvadan asılıdır

Astana, Daşkənd və Moskva arasında Rusiya qazının nəqlinin əlaqələndirilməsinə yönələn “üçlü qaz ittifaqı” ideyasının reallaşması perspektivi Kremlin təklif edəcəyi şərtlərdən asılıdır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Almas Aydarov jurnalistlər qarşısında çıxış edərkən deyib.

“Avrasiya inteqrasiyası hökumətlərarası və dövlətlərarası razılaşmalarla rəsmiləşən inteqrasiyadır. Qaz ittifaqının yaradılması Rusiya tərəfinin ideyasıdır. Onun hansı formada reallaşdırılacağı barədə hələlik Moskvadan heç bir detal və təklif almamışıq. Bu, ideya olaraq qalır”, - deyə Almas Aydarov bildirib.

Onun sözlərinə görə, işlərin gedişi tərəflərə təklif ediləcək şərtlərdən asılı olacaq. Hələlik qazla bağlı ayrıca struktur, təşkilat və ya dövlətlərarası ittifaqın yaradılmasından danışmaq tezdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR