İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan Ukraynaya tibb müəssisələri üçün generatorlar verib

Qazaxıstan Ukraynadakı tibb müəssisələrinin ehtiyacları üçün generatorlar bağışlayıb.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Qeyd edilir ki, generatorlar Rusiya hərbçilərinin hücumuna məruz qalan ərazilərə göndərilib.

Hökumət portalında yer alan məlumatda qeyd edilir ki, dəyəri təxminən yarım milyon ABŞ dolları olan 41 generator səhiyyə müəssisələri arasında paylanılıb. Xüsusilə, onlar Nikolayev, Dnepropetrovsk, Xarkov vilayətlərinə və digər regionlara köçürülüblər.

Səhiyyə naziri Viktor Lyaşko qeyd edib ki, tibb işçiləri elektrik enerjisinin kəsilməsi şəraitində istənilən çağırışlara hazır olmalıdər və buna görə də nazirlik tibb müəssisələri generatorlarla təmin etməkdə davam edir.

"İşğalçılar hər gün enerji təchizatı üçün təhlükə yaradan infrastrukturumuza zərbələr endirirlər. Biz partnyorlarımızla birlikdə xəstəxanaların işini davam etdirmələri və əsas vəzifələrini icra etmələri – insan həyatını xilas etməyi yerinə yetirmələri üçün əlimizdən gələni edirik. Hər bir generator əməliyyat otaqlarının, reanimasiya şöbələrinin və oksigen stansiyalarının fasiləsiz işləməsinin təminatıdır”, - Lyaşko vurğulayıb.

Bildirilir ki, generatorlar Ukrayna-Qazaxıstan parlamentlərarası dostluq qrupunun işi sayəsində gətirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR