İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan prezidenti hökumətində kütləvi kadr dəyişikliyi edib

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin Nazirlər Kabinetində kütləvi dəyişiklik edib.

Musavat.com xəbər verir ki, bu barədə RBC portalı prezidentin saytında dərc edilmiş bir çox hüquqi aktlara istinadən xəbər verir.

Hökumət üzvlərinin bir qismi mövqelərini dəyişib, bəziləri isə vəzifələrini tamamilə itirib.

Bildirilir ki,  Tokayev sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev bir gün əvvəl yaradılan Nəqliyyat Nazirliyinin rəhbəri, Arman Şakəliyevi isə ticarət naziri təyin edib. Ermek Marjikpaev turizm naziri, Aida Balaeva isə mədəniyyət və informasiya naziri təyin edilib.

Həmçinin, Daxili İşlər Nazirliyinə yeni rəhbər gəlib. Qazaxıstanda etiraz aksiyaları zamanı Astanada hərbi komendantlığa rəhbərlik etmiş idarə rəisinin keçmiş müavini Yerjan Sadenov rəhbərlik edəcək. 

Baş nazirin müavinlərinin də yeniləndiyi bildirilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR