Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan neft hasilatını azaltmayacaq və bu barədə OPEK-i xəbərdar edib.
Musavat.com xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Alibek Jamauov İnterfaks-a deyib. O, vurğulayıb ki, ölkəsi kompensasiya cədvəlinə yenidən baxmayacaq: “Biz artıq OPEK-ə demişik ki, azaltmaq fikrində deyilik və öz imkanlarımıza uyğun hasil edəcəyik".
Əvvəllər xəbər verildiyi kimi, mart ayında kvotadan artıq hasilatdan sonra öz öhdəliklərini yerinə yetirəcəyinə dair təminatlara baxmayaraq, Qazaxıstan aprel ayında OPEC+ kvotasını sutkada 297 min barel üstələyib.
Bildirilir ki, Qazaxıstanda çalışan xarici şirkətlər, xüsusilə də ABŞ şirkətləri hasilatı azaltmaq istəmirlər. Hökumətin bu məsələ ilə bağlı danışıqları hələlik nəticə vermir.
Musavat.com
31 May 2025
30 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ