İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan neft məhsullarının ixracına qoyulan məhdudiyyəti daha altı ay uzadıb

Qazaxıstanın energetika nazirinin və digər idarələrin ixracla bağlı birgə əmrinə əsasən, benzin, dizel yanacağı və digər neft məhsullarının ölkədən avtomobil nəqliyyatı vasitəsilə çıxarılmasına qoyulan qadağa altı ay müddətinə uzadılıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, qadağa sürtgü yağlarına, həmçinin avtomobil istehsalçısı tərəfindən qoyulan çənlərdə və tutumu 20 litrdən çox olmayan qablarda aparılan yanacağa şamil edilmir.

Qazaxıstanda 2021-ci ilin noyabrında neft məhsullarının (benzin, dizel yanacağı və neft məhsullarının bəzi növləri) avtomobil nəqliyyatı ilə ixracına qoyulan qadağa 2022-ci il mayın 21-də başa çatıb. Ölkənin energetika naziri Polad Akçulakov moratoriumun müddətinin daha altı ay uzadılacağını elan edib. Bununla bağlı qərar iyulun 12-dən qüvvəyə minəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR