İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan MSK: “Senatın tərkibi 80 faiz yenilənib”

Seçkilərin nəticələrinə əsasən, Qazaxıstan Senatının (parlamentin yuxarı palatası) tərkibi 80 faiz yenilənib.

“Report” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Konstantin Petrov məlumat verib.

"Seçilmiş 20 deputatdan 3-ü qadın, 17-si kişidir. Orta yaş həddi 53,8-dir", - o deyib.

MSK sədri Nurlan Abdirov seçkilərin yüksək seçici fəallığı şəraitində və rəqabətli şəkildə keçdiyini vurğulayıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 14-də Qazaxıstan Senatına (parlamentin yuxarı palatası) seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin bütün regionlarında, eləcə də Astana, Almatı və Çimkənddə 20 yeni deputat seçilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR